Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Ronaldinyonun Bakı səfəri: getdiyi yerlər, görüşləri – Foto, Video

Ronaldinyonun Bakı səfəri: getdiyi yerlər, görüşləri – Foto, Video

14/11/2024 14:40
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Noyabrın 12-də axşam saatlarında başlayan səfər ayın 14-də yekunlaşıb.

Məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço (Ronaldinho) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Onu Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

ronaldinyo-bakiya-geldi

Bakıda yeniyetmə futbolçularla görüşdü

Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

44 yaşlı əfsanə ilə görüşə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”nin aşağı yaş futbolçuları qatılıblar.

Prezidentin nəvəsi Ronaldinyo ilə

Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov COP29-da braziliyalı məşhur futbolçu Ronaldinyo ilə bir araya gəlib.

Əli Ağalarov bu barədə öz instaqram hesabında paylaşım edib.

O, futbolçu ilə birgə çəkdirdikləri fotonu paylaşaraq “Bakıya xoş gəldiniz” sözlərini yazıb.

Azərbaycan mətbəxini bəyəndi

COP29 çərçivəsində Bakıda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo Azərbaycan yeməklərinin dadına baxıb.

O, ölkəmizin mətbəxtini bəyəndiyini bildirib.

AFFA-nın prezidenti Rövşən Nəcəflə

Ronaldinyo SOCAR-ın və AFFA-nın prezidenti Rövşən Nəcəflə görüşüb.

Bu barədə əfsanəvi futbolçu özünün instaqram hesabında paylaşım edib.

Bakı Olimpiya Stadionunda

Futbolçu COP29-un keçirildiyi məkana gəlib. O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış olub.

“Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb

Braziliya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Qauço Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

Liman.az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
ƏSAS MANŞET

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
ƏSAS MANŞET

Klip və reklamlarda insan yerinə süni intellekt – Sənət adamları sıradan çıxacaq?

07/08/2025 09:02

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.