Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Kiçik və Orta Müəssisələrin uğursuzluğunun 7 səbəbi

Kiçik və Orta Müəssisələrin uğursuzluğunun 7 səbəbi

13/11/2024 10:40
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Hikmət Əliyev 

ERA Konsultasiya və təchizat şirkətinin təsisçisi, Biznesin inkişafı üzrə ekspert

Bizneslə məşğul olursunuz və ya yeni başlamaq fikrindəsinizsə, bunu bilmək lazımdır: biznes yolu qəddardır, risklər, rəqabət və sonsuz çətinliklərlə doludur. Ancaq həqiqət budur: bizneslərin əksəriyyəti uğursuzluğa düçar olur – potensialı olmadığı üçün deyil, sahiblərinin uzaqgörənliyi, nizam-intizamı və ya düzgün strategiyası olmadığı üçün. Daim biznesə atılanların düşündüyü uğursuzluğun və ya uğurun səbəbi nədir?

Əslində, uğursuzuluğun səbəbini bildikdə elə uğurun yolunu da öyrənmiş oluruq. Bəs nədir bu səbəblər?

Azərbaycan mühitində bizneslərin uğursuzluğuna səbəb olan əsas faktorlar və necə qarşısını almaq barədə izahlar:

1. Zəif Maliyyə İdarəçiliyi

Azərbaycanda kiçik bizneslərin ən böyük problemlərindən biri maliyyə məsələlərinin lazımi şəkildə idarə edilməməsidir. Pul axını məsələləri nəzarətdə saxlanmazsa, şirkət iflasa uğrayır. Sahibkarlar maliyyə biliklərini artırmalı və ya peşəkar mühasibat xidməti almalıdırlar ki, pul vəsaitlərini effektiv şəkildə izləyə bilsinlər. Yerli bazarda daha davamlı və uzunmüddətli uğur üçün maliyyə hesabatlarına ciddi yanaşmaq vacibdir. Statistikalar göstərir ki, dünyada 82% KOB-lar pul vəsaitlərinin hərəkətinin zəif idarə olunması səbəbindən uğursuzluğa düçar olur.

El arasında “Əlinin papağını Vəliyə, Vəlinin papağını Əliyə” deyimi var. Biznesmenlər bəzən qazanmadıqları pulu xərcləyirlər. Yəni planlayırlar ki, 100 000 manatlıq iş görürük. Xərclər çıxıldıqdan sonra qazancımız 40 000 manatdır. İlkin avans 50 000 manat aldıqda 30 000 manatı o dəqiqə problemlərin həlinə yönəldir. Səhv planlama və ya hər hansı səbəbdən iş yarım qalır, büdcə çatmır və avans geri istəndikdə problemlər yaranır. Odur ki, biznes sahiblərinə ilkin məsləhətim xəyali qazanclarını xərcləməsinlər. Maliyyəni düzgün idarə etsinlər.

2. Bazar Araşdırmasının və Planlaşdırmanın Olmaması

Azərbaycanda biznesə başlayan bir çox insan, bazarın tələbatını və rəqabəti nəzərə almadan fəaliyyətə başlayır. Bazarın dərindən araşdırılması, müştəri tələbatının və rəqabət üstünlüklərinin başa düşülməsi biznesin dayağıdır. Qonşu ölkələrdən gələn rəqabət və yerli tələbatın dəyişikliyinə uyğunlaşma da planlaşdırmada nəzərə alınmalıdır.

Qulaqdan qulağa biznes hekayələri ölkəmizdə olduqca məşhurdur. Bəzən ilkin intuisiyalar biznes sahibi olmaq istəyənləri daha karlı kimi görünən sektora girdikdən sonra bazar reallığında məhvə gətirib çıxarır. Bəs təklifimiz nədir? Biznesə başlamaq istəyənlər mütləq işin əhli dediyimiz konsultantlara müraciət etsinlər. Daha sonra lazımi qurumlarla bazarı araşdırsınlar. Daha sonra isə Biznes plan yazaraq planlı biznesin təməlini qoysunlar.

3. Qeyri-adekvat Marketinq və Brendləşmə

Bəzi yerli şirkətlər hələ də marketinqin sadəcə ağızdan-ağıza yayılma yolu ilə mümkün olduğunu düşünürlər. Halbuki, rəqəmsal marketinqə sərmayə qoymaq müasir dövrdə mütləqdir. Sosial media platformalarından istifadə, SEO, və rəqəmsal reklamlar Azərbaycan bazarında genişlənmək istəyən kiçik müəssisələr üçün böyük fürsətdir. Günümüzün iqtisadiyyatında artıq rəqiblər qonşuluqda olan mağazalar deyil. Global dünyada bütün şirkətlər rəqibdir. Alıcılara artıq bütün dünya informasiya satır. Marketinq artıq satışın və ya istehsalın əsasıdır.

4. Məhsulun Keyfiyyətini və Müştəri Xidmətini Aşağı Qiymətləndirmək

Müştəri məmnuniyyəti Azərbaycanda da biznesin ən əsas elementlərindən biridir. Müştərilərin yüksək keyfiyyətli məhsul və xidmət gözləntiləri var. Pis xidmət və ya keyfiyyətsiz məhsul alıcıları itirməyə gətirib çıxarır. Davamlı müştəri bazası yaratmaq üçün müştərilərin rəyini və təcrübəsini izləmək lazımdır. Ölkəmizdə biznes subyektlərinin gedərək daha çox önəm verdiyi sahə deyə bilərik. Artıq direktor masasında xaricdə təhsil almış, təcrübəsi çox olan yerli mütəxəsislər oturmur. MÜŞTƏRİ şirkətlərin, bizneslərin başında oturur. Qərarları biznes sahibkarı yox, elə müştərinin özü verir. Sahibkar elə MÜŞTƏRİNİN özüdür.

5. Dəyişikliyə Uyğunlaşmamaq

Azərbaycan iqtisadiyyatı və biznes mühiti də qlobal bazarın bir hissəsidir və sürətlə dəyişir. Sahibkarlar bu dəyişikliklərə uyğunlaşmasa, bazardan çıxma təhlükəsi ilə üzləşə bilər. Pandemiya dövründə yerli restoranların və mağazaların onlayn satışa keçməsi bu uyğunlaşmanın yaxşı nümunəsidir. Sosial media dövründə müştərilər yazıçı, araşdırmaçı, rəy bildirən, mütəxəsis və qərar verən rolu oynayır. Anında yazdıqları fikirlər biznesə yön verir. Odur ki, dəyişikliklərə uyğunlaşmayanlar elə o sətirlərin arasında yox olub gedir.

6. Tükənmişlik və Diqqətin Olmaması

Kiçik biznes sahibləri çox vaxt işlərini böyütmək üçün özlərini tükəndirir, amma bu, işin idarə edilməsinə mənfi təsir göstərir. Azərbaycanda da iş sahibləri tapşırıqları paylaşmaq və balanslı iş həyatını qorumaq üçün kadrlar arasında vəzifələri bölüşdürməlidirlər. Biznes sahibləri işin sahibi, ideyanın atası ola bilərlər. Amma onun inkişaf etdirənlər onun komandalarıdır. Biznes sahibləri əgər bizneslərini doğru komanda ilə idarə etməsələr, nəticələri ağır olur. Mən bilərəm havası oynamaq zamanı çoxdan keçibdir. İşi bilənlərlə oynamaq zamandır.

7. Rəylərə Məhəl Qoymamaq və Öyrənməmək

Müştəri rəyinə və işçilərin təkliflərinə laqeyd yanaşmaq bir çox biznes üçün məhvedici ola bilər. Azərbaycanda uğurlu sahibkarlar müştəriləri ilə daim əlaqə saxlayır, onların fikirlərini nəzərə alır və işlərini davamlı olaraq təkmilləşdirirlər. Rəylərə dəyər vermək, biznesin inkişafında mühüm addımdır. Bir çox biznes sahəsində anında müştərinin yanında olmağın faydalarını görmüşəm. Müştəri narazı olmur, müştəri inciyir. Ona zamanında diqqət ayrılmamağı bəzən puldan, bəzən məhsul keyfiyyətindən daha qırıcı olur. Təklifim, müştərinin anında yanında olun.

Nəticə

Azərbaycanda bizneslə məşğul olmaq yüksək motivasiya və hazırlıq tələb edir. Bunun üçün bəzən konsultanlara və motivatorlara müraciət edin. Maliyyə savadlılığı, bazar araşdırması, müasir marketinq metodları, keyfiyyətin qorunması və çevik olmaq uğur qazanmaq üçün əsaslardır. Hazır olun, çevik qalın və daim öyrənməyə çalışın. Uğur sizin yolunuzu gözləyir!

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

SEÇİLMİŞ

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30
ƏSAS MANŞET

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
SEÇİLMİŞ

Bakıda metrosunda uşaq dünyaya gəlib: metro pulsuz olacaq

08/08/2025 15:32

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.