Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Biznesi reklamsız məşhur etmək yolları: soyuq zənglər, partnyor marketinqi…

Biznesi reklamsız məşhur etmək yolları: soyuq zənglər, partnyor marketinqi…

07/11/2024 15:52
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer

Yeni yaranan kiçik bizneslərin reklam büdcələrinin məhdud olması geniş yayılmış problemlərdən biridir. Lakin müasir texnologiyalar, metodologiyalar və rəqəmsal platformalar kiçik biznes sahiblərinə öz işlərini tanıtmaq üçün unikal və büdcəsiz imkanlar təklif edir.

1. Reels videoları

Kiçik biznes sahibləri “Instagram” və “TikTok” üçün 9:16 formatında videolar çəkib sosial şəbəkələrdə yerləşdirə bilərlər. Bu formatda çəkilən qısa videolar alqoritmlər tərəfindən daha çox göstərilir və böyük kütləyə ödənişsiz çatmaq mümkündür. Burada əsas məqam, videoların maraqlı və müntəzəm olmasıdır ki, izləyicilərin diqqətini çəksin və onların daim izlədiyi səhifəyə çevrilsin.

2. “Google My Business”dən qeydiyyatdan keçmək

“Google My Business” platformasında qeydiyyatdan keçərək “Google” üzərindən müəyyən trafik əldə etmək mümkündür. Bu platforma müəssisələrə yerli axtarışlarda görünməyə və potensial müştəriləri cəlb etməyə imkan verir. Burada əsas diqqət profilin düzgün doldurulmasına yönəlməlidir; müəssisənin adı, axtarış açar sözlərə uyğun olmalıdır.

3. “Facebook” qruplarından istifadə

Azərbaycanda aktiv olan çoxsaylı “Facebook” qrupları mövcuddur. Bu qruplarda hər bir hədəf auditoriyasına uyğun qruplar tapmaq olar. Əksər qruplarda paylaşımlar ödənişsizdir və burada məhsullar və ya xidmətlər haqqında məlumat yaymaq mümkündür. Bu, müştəri cəlb etmək üçün əlverişli üsullardan biridir.

4. Sosial şəbəkələrdə şəxsi brendin yaradılması

Şirkət sahibi sosial şəbəkələrdə davamlı olaraq şəxsi brendinin üzərində çalışsa, maraqlı paylaşımlar etsə, potensial müştərilərin diqqətini cəlb edə bilər. İnsanlar şirkətin sahibini tanıyanda və onun işə yanaşmasını gördükdə, şirkətə daha çox güvən göstərirlər. Bu da müştəri kütləsini genişləndirməyə kömək edir.

5. Soyuq zənglər

Bu üsul daha çox satış yönümlüdür, lakin marketinqin əsas məqsədlərindən biri də satış olduğundan, soyuq zənglər də müştəri cəlb etmək üçün effektiv üsullardandır. Kiçik bizneslər potensial müştərilərə soyuq zənglər edərək xidmətləri və ya məhsulları haqqında məlumat verə bilər və beləcədə marketinq büdcəsinə qənaət edə bilər.

6. Partnyor marketinqi

Başqa bizneslərlə əməkdaşlıq edərək müştəri bazanızı genişləndirmək mümkündür. Müştəri kütlənizə uyğun olan digər bizneslərlə birgə kampaniyalar təşkil etmək satışları artırmağa kömək edə bilər. Məsələn, şokolad satan şirkət çay istehsalatçıları ilə, oyuncaq mağazası isə uşaq nağılları yazan müəlliflərlə əməkdaşlıq edə bilər. Bu cür əməkdaşlıqlar hər iki tərəfə fayda gətirə bilər və yeni müştəri əldə etməyə kömək edir.

Davamlı olmaq və yeni imkanlar axtarmaq

Əsas məqam heç vaxt dayanmayaraq daima yeni satış kanallarını araşdırmaq və fərqli tanıtım üsullarını sınamaqdır. Bu üsullar sayəsində kiçik bizneslər büdcəsiz də öz adını tanıdaraq, bazarda rəqabət apara bilərlər. Rəqəmsal dünyada uğur qazanmaq üçün davamlı və yaradıcı olmaq vacibdir.

Liman.az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Düşündürən

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18
ƏSAS MANŞET

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Düşündürən

İslamdan imtina, ruslaşdırma və missionerlik – Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

07/08/2025 09:13

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.