Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Jurnalist Samir Mirzə kimdir?

Jurnalist Samir Mirzə kimdir?

16/10/2024 15:22
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Mən, Samir Mirzə-zadə 1991-ci ildə Bakı şəhərində doğulmuşam.

2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə-kredit fakültəsində təhsil almışam.

Hələ universitet illərimdə mix.az, tac.az və s. kimi saytlarda materiallarım yer alıb. Qrup yoldaşlarımızla birgə sayt açıb işlətmişik.

Hərbi xidmətdə bir neçə dəfə kitabçada məqalələr yazmışam və tərxis olunandan sonra bu yöndə fəaliyyət göstərəcəyim haqda düşünmüşəm.

2013-cü ildə hərbi xidmətdən gəldikdən 8 ay sonra peşəkar saytların birində işə başlamışam. Burada admin kimi fəaliyyət göstərsəm də, qısa zamandan sonra redaktor kimi işləmişəm. Həmin dövrdə mənə baş redaktor vəzifəsi təklif olunsa da, məsuliyyətinə və bu sahədə yeni olduğuma görə bunu qəbul etməmişəm.

“Bizim Yol”, “Minval.İnfo”, “Yeni Müsavat”, “MediaPost”, “Ölkə.Az” saytı kimi reytinqli olan müxtəlif mətbu orqanlarda işləmişəm.

İşlədiyim yerlərdən xoş ovqatla ayrılmışam.

“MediaPost” saytı karyeramda fərqli səviyyəyə çatmağımda mühüm rol oynayıb. Tapşırıqlar və format dəyişiklikləri o qədər çox oldu ki, öhdəsindən gələ-gələ yeniliklər öyrəndim. Burada multimedianın yeni tərəflərini mənimsəyə bildim. Saytın ilk işçisi, redaktor və baş redaktoru olmuşam.

Daha sonra 2021-ci ildən “Ölkə.Az” saytında məsul redaktor kimi fəaliyyətə başladım. Mətbu orqanın yaradıcı heyətinə rəhbərlik etdim. Sözügedən mətbu orqanın kontentinə videomateriallar əlavə etmişəm. Uzun mətnlərin 1 dəqiqəlik video halına salınması, tiktok üçün hazırlanmasını təmin etmişəm. Bir qisim insanın qeyri-ciddi adlandırdığı platformada ciddi xəbərlərə yer ayırmışıq və kifayət qədər izləyici sayı əldə edə bilmişik. Digər sosial platformalar daxil olmaqla, “Google News”da da Ölkə.Az öz yerini tuta bilib. Bununla reytinqi əvvəlki illərlə müqayisədə daha çox artıb. Əlbəttə ki, digər sosial platformalarda da komanda şəklində işləməyimizin nəticəsi olaraq rəqəmlərin yüksəlməsinə nail olmuşuq.

Ayrıldığım iki iş yerimdə maaşlar verilməsə də, onlarla mübahisə yaşamamışam. Ümumiyyətlə, jurnalistikaya başladığım illərdə maaş, pul haqqında az düşünmüşəm.

Ailəliyəm, 2 övladım var.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41
Yaradıcılıq

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31
REDAKTOR

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.