Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Bəzi maşınların “zapçast”ı kəskin bahalaşıb

Bəzi maşınların “zapçast”ı kəskin bahalaşıb

09/10/2024 09:57
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Son zamanlar əksər avtomobil modellərinin ehtiyat hissələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur. Xüsusən, Asiya (Cənubi Koreya, Yaponya) və Çin markalarının “zapçast”larında qiymət artımı özünü daha aydın şəkildə biruzə verir. Satış saytlarına nəzərə saldıqda, ən ciddi artım müxtəlif işıq lampalarında, əyləc detallarında və şinlərdə özünü göstərir. Digər tərəfdən, mühərrik avadanlıqlarında və avtomobil yağlarında da bahalaşma var.

Liman.az xəbər verir ki, yenisabah.az bazardakı vəziyyəti və tendensiyanın səbəblərini araşdırıb. Ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkarlar qiymət artımını müxtəlif səbəblərlə izah ediblər. Əsas səbəb isə hissələrin xaricdən tədarükü ilə bağlıdır.

Satıcıların sözlərinə görə, əvvəllər ehtiyat hissələri ən çox Rusiya və Gürcüstandan idxal edilirdi. Lakin Ukrayna ilə müharibə səbəbindən şimal qonşumuza qoyulan sanksiya və qadağalar, bu ölkədən Azərbaycana gətirilən avadanlıqların həcmini xeyli dərəcədə azaldıb. Bu isə orijinal ehtiyat hissələrinin qiymətlərinə ciddi təsir göstərir. Onların dediyinə görə, hazırda bazarda orjinal “zapçast” tapmaq xeyli çətinləşib. Hazırda sürücülər belə detalları sadəcə markaların rəsmi dillerlərində əldə edə bilirlər. Yan fabriklərin istehsalı olan avadanlıqlar isə uzunömürlü olmur və tez sıradan çıxır. İlk baxışda ucuz olsa belə, əslində sürücülərə olduqca baha başa gəlir. Əlavə olaraq, maşınlarda qəza riski yaradan faktorlardan biri də məhz saxta ehtiyat hissələridir. vakansiyalar

Satıcılar bazardakı tendensiyanın hələ uzun müddət davam edəcəyini istisna etmirlər. Bu kimi nüanslar sürücüləri hibrid və elektromobil maşınlar almağa sövq edə bilər. Çünki yaxın gələcəkdə bu növ avtomobillərin ehtiyat hissələrinin idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiqi gözlənilir.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.