Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Slovakiyanın Baş naziri ölkədə mediaya nəzarət idarəsi yaratmağı düşünür

Slovakiyanın Baş naziri ölkədə mediaya nəzarət idarəsi yaratmağı düşünür

09/10/2024 00:38
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Slovakiyanın Baş naziri Robert Fitso ölkədə media fəaliyyətinə nəzarət üzrə milli idarə yaradılmasını təklif edib.

“Report” xəbər verir ki, onun sözlərindən “Novinky” xəbər portalı sitat gətirib.

“Vətəndaşların yalan məlumatı düzəltmək hüququ olmalıdır, cavab hüququ olmalıdır (haqqında yanlış məlumat verilən vətəndaşın eyni nəşrdə cavab verə bilməsini nəzərdə tutur – red.), çünki heç bir Aİ ölkəsində Slovakiyadakı kimi mediada qarışıqlıq yoxdur”, – Fitso deyib.

Onun fikrincə, jurnalistika ilə yalnız bu sahədə sertifikatlı mütəxəssislər məşğul olmalıdır və onlar funksiyalarına vicdansız jurnalistlərin cəzalandırılmasını daxil edəcək bir strukturda birləşməlidir.

“Siz tamamilə istədiyinizi edirsiniz və buna görə heç bir məsuliyyət daşımırsınız”, – Fitso jurnalistlərə deyib.

Baş nazir Slovakiya cəmiyyətində artan gərginlikdə jurnalistləri günahlandırıb. O, may ayında həyatına sui-qəsd edilməsini mediada haqqında qarayaxmanın olmasının nəticəsi adlandırıb.

“Hökumət haqqında yazdığınız yazılardakı nifrətin həddi-hüdudu yoxdur”, – Fitso söyləyib.

O, jurnalistləri siyasətçi kimi davranmağı dayandırmağa və ölkədə keçirilən parlament seçkilərinin demokratik nəticələrinə hörmətlə yanaşmağa çağırıb. Baş nazir rəhbərlik etdiyi hökumətin dörd il müddətində hakimiyyətdə olacağını da xatırladıb.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.