Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Nəcəfi-Əşrəf dini-elmi mərkəzindən çox vacib arxiv sənədi əldə etdim. Bunu alimlərimizin ictihad dərəcəsinə çatması barəsindəki bizə çatan yeganə sənəd hesab etmək olar. Çox sevindim.

Bizim keçmiş yerli alimlərimizin bir çoxu ictihad dərəcəsinə çatmışdılar, amma təəssüf ki, bunlar haqqında insanlar çox da xəbərdar deyillər, və yaxud axund sözünü eşidəndə indiki bəzilərilə ki, yazıb-oxumağa belə çətinlik çəkirlər, müqayisə edirlər.

Hal bu ki, mərhum şeyx Qəni (şeyx Əbdül-Qəni Badikubi) ictihad sahibi imiş, ictihadını isə dövrünün ən nüfuzlu müctehidlərindən sayılan Şeyxuş-Şəriə İsfahani imzalayıb, möhürləyib və təsdiqləmişdir. Buyurun, sənədin əsli və tərcüməsi:

Bismillahirrəhmanirrəhim.

Həmd-səna aləmlərin Rəbbinə və Onun ən fəzilətli salavat və salamı Peyqəmbərlərin əfzəli Muhəmmədə və onun pak ailəsinə olsun.

Belə ki, bu elminə əməl edən alim, fəzilətli, haqqı batildən ayıran, hər tərəfli kamala yetmiş, fəzilətlər və üstünlüklər sahibi, güclü istedada və doğru təbiətə (xasiyyətə) sahib olan,

yüksək dərk qabiliyyətli, dərin zəka sahibi, Allahdan qorxan təqva sahibi, daxilən təmiz şəxs, şübhə etdiyi halallardan belə çəkinən, pak Şeyx Əbdül-Qəni Badkubi (izzəti və ucalığı həmişəlik olsun) öz vətənini tərk edərək, məskənindən hicrət edib, öz torpağından və əqrabalarından ayrılaraq, qürbət əziyyətlərini öhdəsinə götürüb Rəsulullahın elminin qapısının (İmam Əlinin) yanında qərar tutaraq alim və fəzilət sahiblərinin mənəvi nəfəsi ilə, onun (İmam Əlinin) civarının (qonşuluğunun) bərəkətlərindən mədəd alan şəxslərdəndir.

O, mənim yanımda uzun illər bir çox elmi bəhslərdə cid-cəhdlə zəhmət çəkmiş, çalışmış (ictihad etmiş) və dinin əsli və fər`i sahələrinin dərinliyinə xəbərdar olaraq, nəzəri sahələrin dərinliyini dərk etməyə nail olmuşdur. Qoy (insanlar) onun varlığının bərəkətlərini, hüzurunun yetirdiyi bəhrələri dərk etsinlər və bunlara şahidlik etsinlər.

O bu zəifin (özünü nəzərdə tutur-tər.) tərəfindən şəriət hakiminin iznilə bağlı olan sahələrdə (təsərrüf etməyə) icazəlidir, bu şərtlə ki, (doğru) yoldan kənara çıxmaqdan insanı qoruyan ehtiyata əməl etsin. Ona ehtiyata sarılmağı və ehtiyat olan yerlərdə durmağı tövsiyə edirəm. Ondan sağlığımda və mən öldükdən sonra öz saleh dualarında məni unutmamağı təmənna edirəm.

Qələmə aldı: Şeyxuş-şəriət olaraq məşhur olan günahkar bəndə, Fəthullah əl-Ğərəvi əl-İsfəhani, (Allah onun çirkin günahlarını bağışlasın)

Cəmadil axir ayı 1330 hicri.

Seyyid Mirhəmid, məscid axundu

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
Lent

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53
Lent

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.