Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41
Paylaş Facebook Telegram WhatsApp Copy Link
Şəkil şərtidir
Şəkil şərtidir

Dünən Urnayr mifi barədə yazmışdım. İndi də Qriqoris mifi ilə bağlı yazaq. Qriqoris mifi Urnayr mifi ilə bağlıdır. Urnayr mifinin mövcudluğu Qriqoris mifinə kömək edir. Bəs bu mif nədən ibarətdir?

Məşhur “Albaniyanın tarixi” əsərində Urnayrın ölümündən sonra “alban xalqının” Müqəddəs Qriqoridən yeni katolikos xahiş etdiyi vurğulanır – “Urnayrın ölümündən sonra albanlar gənc Qriqorisin öz katolikosları olmasını xahiş etdilər. Çünki Urnayr Müqəddəs Qriqoridən öz ölkəsi üçün onun tərəfindən təqdis olunmuş bir yepiskop işləmişdi. Bu qanuna görə də Ermənistan və Albaniya indiyədək ahəngdar qardaşlıq və sarsılmaz bir anlayışla mövcudiyyətə davam edir.”

Hekayədən alınan nəticəyə əsasən Müqəddəs Qriqorinin nəvəsi Qriqoris Alban katolikosu olub deyə, tarixən də belə davam etməlidir, yəni erməni patriarxları alban katolikoslarını təyin etməlidir. Azərbaycan tarixçiliyinin də canla-başla qəbul etdiyi bu hekayə böyük ehtimalla çox sonradan, 8-ci əsrdə yaradılıb.

Tarixi mənbələr bizə Qriqorisin Albaniyada hər hansı bir fəaliyyət göstərmədiyini deyir. Paustos Buzand Qriqoris haqqında bizə xəbər verən ilk müəllifdir. Qriqorisin ölümü haqqında yazanda onu Albaniyaya göndərilmiş yepiskop yox, “İberiya və Albaniya markasının”, yəni sərhəd bölgəsinin yepiskopu kimi təqdim edir. Aqafangelin xəritəsində bu sərhəd bölgəsi həmçinin “Maskut markası” kimi də tanınır. Bu zona daha çox “Quqark” adı ilə tanınan, hazırda Ermənistanın şimalını əhatə edən kiçik bir bölgə idi. Əvvəllər İberiya torpağı olub, eramızdan əvvəl 2-ci əsrdə I Artakserks tərəfindən alınmışdı. İberiya bu torpaqları eramızın 4-cü əsrində geri ala bildi.
Nə isə, söhbətdən yayınmayaq. Qriqoris haqqında belə yazılır “bu ölkənin bütün kilsələrini bərpa edib canlandırandan sonra o Maskut kralı, Sanesan adlı bir Arşakinin yanına getdi”. Yəni ki, Quqarkla kifayətlənməyib dini yaymaq üçün Maskut dövlətinə gedib. Maskutlar Strabonun əsərindəki Massagetləri xatırlatsa da, erməni müəllif Aqafangel onları Qafqaz hunları – onun dövründə artıq hunlar olmadığı üçün, dolayısı ilə Xəzər türklərini – ilə eyniləşdirir. Maskutların dəqiq kimliyi naməlum olaraq qalır. Bu haqda əlimizdə dəqiq məlumat yoxdur.
Sanesanın adı Movses Xorenatsidə “Sanatruk” kimi də gedir. Xorenatsiyə görə Sanatruk Urnayrı xristian edən II Trdatın qohumu idi və Qriqorisi öz yepiskopluğuna qayıdarkən onu müşaiyət etməklə vəzifələndirilmişdi. Lakin II Trdatın öz əyanları tərəfindən öldürülməsini fürsət bilən Sanesan/Sanatruk Qriqorisi öldürür və özünü Ermənistanın hökmdarı etmək istəyir. Paustos Buzand isə Sanesanı Trdatın birbaşa yox, çox uzaq bir qohumu kimi göstərir. Yəni Arşaki idi amma parfiyalı Arşaki. Paustosa görə Sanesanın düşərgəşi “Böyük Şimal dənizinin sahilində, Vatneay düzənliyində” idi. Movses Xorenatsi Vatneay düzənliyini Xəzər dənizninin sahilində, Qafqazdan çox da uzaq olmayan bir yerdə kimi göstərir. Sanesan/Sanatruk daha sonra Paytakaran şəhərini ələ keçirir və Ermənistana hücum üçün ordunu orada toplamağa başlayır.

Yəni ki, görünür Qriqorisin ölümü 334-cü ildə, Paytakaran yaxınlığında baş verib. Yenə həkayəyə görə Qriqorisin cəsədi daha sonra Qarabağa gətirilir və Amaras kəndində basdırılır. Bu əfsanəyə görə Urnayr artıq ölmüşdü. Biz isə artıq tarixi mənbələrdən bilirik ki, Urnayr hələ azı 375-ci iləcən sağ qalacaqdı.

Qriqorisin cəsədi çox sonralar, Utik vilayəti Albaniyaya birləşdiriləndən (428-ci ildə Sasanilərin qərarı ilə Utik vilayəti Arran mərzbanlığına birləşdirilmişdi) sonra 489-cu ildə Mömin Vaçaqan tərəfindən “tapılır” və Amaras Monastırında basdırılır. Amaras Monastırı o vaxtdan bəri Erməni kilsəsinin Alban kilsəsi üzərində haqq iddia etməsi üçün alət olur. Amaras kilsəsinə sahib din adamı Alban kilsəsinə rəhbərlik edə biləcək səviyyədə sayılırdı. Məsələn, İbrahimxəlil xan Katolikos İsrailini Amaras monastırında əyləşdirərək “Alban katolikosu” elan etmişdi. Bununla da hədəfi Erməni Kilsəsini zəiflətmək idi.

Nəticə, görünür Urnayrın xristian olma əfsanəsi kimi Qriqorisin “Alban katolikosu” olma əfsanəsi də mənbələrə sonradan daxil edilmiş, Erməni kilsəsinin Alban kilsəsini assimilyasiya etməsində önəmli rol oynamışdı.

Cavid Ağa

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31
REDAKTOR

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03
Yaradıcılıq

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.