Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03
Paylaş Facebook Telegram WhatsApp Copy Link

I Şah İsmayılın həqiqətə ən çox uyğun olan bu portretini uzun müddət italyan rəssamı Centile Belliniyə (1429-1507) aid edirdilər. Bellini 1479-cu ildə Müqəddəs Roma imperiyasının imperatoru III Fridrix tərəfindən Osmanlı imperiyasına ezam edilmişdi. O, İstanbulda iki il qalaraq Osmanlı sultanlarının portretlərini çəkmişdi. Bəlkə də bu səbəbdən Şah İsmayılın portretini də onun fırçasına aid etmişlər. Amma əslində bu portretin müəllifi digər italyan rəssamı Cristofano dell’Altissimodur (1525-1605). Dell’Altissimo Florensiyada Pontormo və Bronzino kimi məşhur rəssamlardan sənət dərsi almışdı, zadəgan-mesenat Kozimo de Mediçinin himayəsi altında fəaliyyət göstərirdi.

1512-ci ildə italyan ruhanisi, alim və həkim Paolo Giovio (1483-1552) görkəmli şəxsiyyətlərin portretlərini rəssamlara sifariş etməyə başlamışdı. Dünyasını çoxdan dəyişmiş şəxslərdən tutmuş Giovionun müasirlərinə kimi 484 nəfər məşhur alim, şair, hökmdar və rəssamın portretləri çəkilərək kolleksiya halına gətirildi. Elmi ədəbiyyatda bu portretləri Giovio seriyası adlandırırlar. Giovio hazırda diri olan şəxslərin portretini naturadan çəkdirməyə üstünlük vermiş, həyatda olmayan şəxslərin əksini isə rəssamın təxəyyülünün öhdəsinə buraxmışdı. Giovio bu portretlər üçün ayrıca bina da tikdirmişdi və əsərlər orada nümayiş olunurdu. 1546-cı ildə o, kolleksiyanın təsvirini kitab halında nəşr etdirdi. Lakin 1552-ci ildə Paolo Giovio öldükdən sonra kolleksiya hissələrə bölünərək ayrı-ayrı şəxslər tərəfindən mənimsənildi. Bundan sonra həmin əsərlərin orijinalının izi itmişdir.

Xoşbəxtlikdən Kozimo de Mediçi bundan əvvəl Giovio seriyasının surətini yaratmağı Cristofano dell’Altissimoya sifariş etmişdi. Rəssam bir neçə illik gərgin əmək nəticəsində portretlərin təqribən yarısının yerini təsbit edərək onların surətlərini çıxardı və 1587-ci ildə əsərlər Uffisi qalereyasında nümayişə qoyuldu. Hazırda Giovio seriyası həmin muzeydə nümayiş etdirilir. Şah İsmayıla aid edilən portret də Giovio seriyasındandır.

Uffisi qalereyasındakı portret Şah İsmayılın vəfatından 44 il sonra çəkilib (1568), buna görə də onu naturadan çəkilmiş hesab etmək olmaz. Giovio seriyasının orijinalı isə bundan daha əvvəl yaradıldığı üçün naturadan çəkilmə ehtimalı vardır. Məlumdur ki, Giovio portret kolleksiyası üçün sifarişləri 1512-ci ildən verməyə başlamışdı; bu zaman Şah İsmayıl hələ həyatda idi. Bəzi məlumatlara görə, portret yaradılarkən Şah İsmayılın sağlığında Səfəvilər dövlətinə səfər etmiş və onunla görüşmüş səyyah Giovanni Maria Angiolellonun xatirələri əsas tutulmuş və səyyahın təsviri əsasında şahın xarici görünüşünün əsas cizgiləri portretdə öz əksini tapmışdır.

“Qızılbaş Ensiklopediyası”, Bakı, 2014.

2-ci cild, səh. 461-462.

Məqalənin müəllifi: Natiq Rəhimov.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41
Yaradıcılıq

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31
Yaradıcılıq

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.