Dünya Alpaqut Federasiyası (World Alpagut Federation) tərəfindən Tural Abasquliyevin Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin prezidenti vəzifəsinə seçilməsi təsdiq edilib.
Liman.Az xəbər verir ki, bu barədə Azərbaycan Alpaqut Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, bu qərar, Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin üzvlərinin müvafiq tələbləri əsasında irəli sürülüb.
Tural Abasquliyev Alpaqut idmanının inkişafı və yayılması istiqamətindəki fəaliyyətləri ilə tanınır.
Xatırladaq ki, ötən günlərdə federasiyanın prezidenti deputat Jalə Əhmədova və digər rəhbər şəxsləri istefa verdiklərini açıqlayıblar.