Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 36,2 min vətəndaşa əlillik statusu verilib.

Liman.Az xəbər verir ki, onlardan 16,2 mini ilk dəfə, 20 mini yenidən status alıb .

Əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən göndərilmiş göndərişlər əsasında elektron sistem vasitəsilə həyata keçirilir. Status təsdiqləndikdən sonra sosial müavinətlər proaktiv şəkildə avtomatik olaraq təyin edilir.

Paylaş.