Peter Thiel məşhur sahibkar, investor və “PayPal”ın həmtəsisçisi olaraq texnologiya və biznes dünyasında dərin təcrübəyə malikdir. Onun düşüncələri və məsləhətləri xüsusilə yeni sahibkarlar və innovasiya ilə maraqlananlar üçün faydalıdır. “Gələcəyi qurmaq” Thiel üçün yalnız mövcud bazarlarda rəqabət aparmaq deyil, həm də yeni və gələcək yönümlü ideyalar yaratmaq deməkdir.
Peter Thielin gələcəyi qurmaq üçün tövsiyə etdiyi 7 əsas prinsipi:
1. Monopoliya yaratmaq – Thielin fikrincə, uzunmüddətli qazanc və uğur yalnız monopoliyada mümkündür. Rəqabətdən qaçmaq və öz unikal məhsul və ya xidmətini bazarda dominant etmək lazımdır.
2. Gələcəyin texnologiyasına sərmayə qoymaq – Yeni və inqilabi texnologiyalara investisiya etmək lazımdır. Bu həm məhsul, həm də bazar innovasiyalarının gələcək uğuru üçün vacibdir.
3. Böyük problemlərə fokuslanmaq – Kiçik və mövcud problemlər yerinə, cəmiyyət və bazar üçün əhəmiyyətli problemləri həll etməliyik.
4. Unikal vizyon yaratmaq – Niyə biz mövcuduq?” sualına cavab verən fərqli və uzunmüddətli vizyon yaratmalıyıq. Thielə görə uğurlu startaplar və şirkətlər fərqli düşünür və gələcəyə yönəlirlər.
5. Komanda qurmaq və liderlik bacarığı – Yalnız ideya kifayət deyil, onu həyata keçirəcək doğru insanlar olmalıdır. Liderlik və komanda birgə uğur üçün əsas şərtdir.
6. Düzgün bazar seçimi etmək – Bazarı düzgün seçmək və yalnız “rəqabətli bazarda yox, öz bazarında” fəaliyyət göstərmək və orjinal bazarı seçimi uğuru artırır.
7. Uzunmüddətli planlama etmək və davamlı olmaq – Qısa yox, uzunmüddətli və davamlı planlar qurmaq uğurun əsasını təşkil edir.
O “Gələcəyi qurmağın 7 yolu” ideyasını “Zero to One” (2014) kitabında təqdim edib.
Valyuta.az