Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Dünyanın ən bahalı 5 yaxtası – Fotolar

Dünyanın ən bahalı 5 yaxtası – Fotolar

07/08/2025 08:59
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Dünyanın ən zəngin insanlarının sərvətini nümayiş etdirmək üçün seçdiyi lükslərdən biri də superyaxtalardır. Dənizlərdə üzən bu nəhəng və təmtəraqlı gəmilər xüsusi texnologiyalar və dizaynla hazırlanır. Bir çox hallarda sahibkarlar yaxtalarının dəqiq görünüşünü və imkanlarını gizli saxlayır. Lakin bəzi yaxtaların qiymətləri və özəllikləri ictimaiyyətə məlum olduqca geniş maraq doğurur. Son onilliklərdə bu sahəyə maraq artdıqca, superyaxtalar lüks həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Bəs dünyanın ən bahalı yaxtaları nə qədər dəyərləndirilir?

Liman.Az Valyuta.az-a istinadla dənizlərdə üzən beş ən bahalı superyaxtanın siyahısını təqdim edir.

1. “History Supreme” — 4,8 milyard dollar – 8,16 milyard AZN

Bu yaxta heç vaxt əsas limanlarda müşahidə edilməyib və onun real mövcudluğu şübhə doğurur. Bəzi iddialara görə, bu sadəcə reklam hiyləsidir. Malayziyanın ən varlı şəxsi Robert Kuoka məxsus olduğu iddia olunan bu 100 futluq yaxta Britaniyada dizayner Stüart Hyuz tərəfindən hazırlanıb. Qiymətini isə onun qeyri-adi bəzəkləri formalaşdırır: tiranosavr skeletindən hazırlanmış heykəl, 18,5 karatlıq almazla bəzədilmiş içki butulkası, meteorit və 24 karatlıq qızıldan hazırlanmış panoramik akvarium divarına sahib yataq otağı.

2. “Eclipse” — 1,5 milyard dollar – 2,55 milyard AZN

533 futluq bu yaxta həmçinin dünyanın ikinci ən böyük şəxsi yaxtası hesab olunur. Bu yaxta Rusiya milyarderi Roman Abramoviçə məxsusdur. “Terry Disdale” tərəfindən dizayn olunub və “Blohm + Voss” tərəfindən inşa edilib. Yaxtada 24 qonaq kabinası, iki hovuz, iki helikopter meydançası və bir neçə cazuzi var. Təhlükəsizlik üçün raket aşkarlama sistemi, əsas otaq və kapitan körpüsü üçün gülləkeçirməz pəncərələr, paparassilərə qarşı qoruyucu ekran və fövqəladə hallar üçün 50 metr dərinliyə dalmaq imkanı olan mini sualtı qayıq mövcuddur.

Who Owns Superyacht Eclipse In 2024, Plus More - Superyacht Content

3. “Azzam” — 600 milyon dollar – 1 milyard 20 min AZN

590 fut uzunluğundakı bu gəmi dünyanın ən böyük şəxsi yaxtası hesab olunur və saatda 35 mil sürətə çata bilir. Bu sürəti təmin etmək üçün iki qaz turbininə və güclü dizel mühərriklərinə ehtiyac duyulub. Yaxtanın BƏƏ-nin mərhum prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyana məxsus olduğu güman edilir. Xarici dizaynı “Nauta Yacht”, interyeri isə fransız dizayner Kristof Leoni tərəfindən hazırlanıb. “Lürssen” tərəfindən inşa olunan bu yaxtanın fərqləndirici cəhətləri XIX əsr imperiya üslubunda mebelləri və tam gülləkeçirməz əsas otaqla yanaşı, raket əleyhinə müasir müdafiə sistemidir.

AZZAM Yacht - Lurssen Yachts

4. “Topaz” — 527 milyon dollar – 895,9 milyon AZN

483 futluq bu yaxta forma etibarilə sanki bir gizli bombardmançıya bənzəyir və onun sahibi Rusiyanın gübrə və kömür maqnatı Andrey Melniçenko hesab olunur. Xarici dizaynı “Tim Heywood Design Ltd.”, interyeri isə “Terence Disdale Design” tərəfindən hazırlanıb. Almaniyanın “Lürssen” şirkəti tərəfindən inşa edilən bu yaxtada 2 500 kvadrat futluq əsas yataq otağı, hər biri birləşdirilə bilən altı qonaq otağı, Fransız kristallarından hazırlanmış qab-qacaq, helikopter anqarı, 30 futluq sürətli qayıq və üç hovuz var. Hovuzlardan biri disko zalının üzərində şüşə altlıqla yerləşir.

A+ / Topaz Superyacht (Lürssen)

5. “Dubai” — 400 milyon dollar – 680 milyon AZN

531 fut uzunluğundakı bu yaxta Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma məxsusdur. Əvvəlcə Bruney şahzadəsi Ceffri Bolkia üçün nəzərdə tutulsa da, o, 2001-ci ildə müqaviləni ləğv edib. Xarici dizaynı “Andrew Winch”, interyeri isə “Platinum Yachts” tərəfindən hazırlanmış bu Almaniya istehsalı “Blohm + Voss” yaxtası bir neçə cazuzi, əl işi mozaikadan hazırlanmış və 115 nəfəri qəbul edə bilən hovuz, dairəvi pilləkən, diskoteka zalı, skvoş meydançası, kinoteatr, 90 nəfərlik yemək zalı, helikopter meydançası və sualtı qayıqla təchiz olunub.

DUBAI Yacht - Platinum Yachts

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

SEÇİLMİŞ

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30
Düşündürən

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18
SEÇİLMİŞ

Bakıda metrosunda uşaq dünyaya gəlib: metro pulsuz olacaq

08/08/2025 15:32

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00

Bakıda metrosunda uşaq dünyaya gəlib: metro pulsuz olacaq

08/08/2025 15:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.