Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Bakı Şəhər Halqası marşallar üçün simulyasiya əsaslı praktiki təlimlər təşkil edib!

Bakı Şəhər Halqası marşallar üçün simulyasiya əsaslı praktiki təlimlər təşkil edib!

05/08/2025 09:04
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıqlar çərçivəsində marşallar üçün ixtisaslaşdırılmış praktiki təlimlər davam edir. Növbəti təlim Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə xüsusi olaraq simulyasiyalar əsasında hazırlanmış trekdə həyata keçirilib.

Təlimlərin əsas məqsədi yarış zamanı təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və fövqəladə hallarda operativ müdaxilə imkanlarının gücləndirilməsidir. Formula 1 kimi yüksək sürətli və texniki baxımdan mürəkkəb idman növündə marşalların rolu əvəzolunmazdır. Onların hadisəyə operativ reaksiya verməsi pilotların həyatı üçün həlledici ola bilər. Bu səbəbdən onların peşəkar şəkildə hazırlanması hər il təşkil olunan Azərbaycan Qran Prisinin təhlükəsiz və uğurlu keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təlim zamanı iştirakçılar real hadisələr üzərində qurulmuş müxtəlif ssenarilər əsasında praktiki məşğələlərə cəlb olunublar. Onlara pilotun təhlükəsiz şəkildə maşından təxliyəsi, yarışın tezliklə bərpası üçün görüləcək tədbirlər, fərdi qoruyucu vasitələrin düzgün istifadəsi və komanda şəklində çevik fəaliyyət bacarıqları öyrədilir.

Hazırda 2025-ci il Azərbaycan Qran Prisinə hazırlıq prosesi tam sürətlə davam edir və marşalların bu hazırlıqdakı rolu bir daha vurğulanır. Bu kimi simulyasiya əsaslı təlimlər yarış zamanı yüksək təhlükəsizlik standartlarının qorunmasına xidmət edir.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
Hamı üçün

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48
Hamı üçün

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.