TikTok-da yayılan sadə, amma bir o qədər də maraqlı evlilik təklifi sosial şəbəkələrdə böyük rezonans doğurub. Cəmi 5 gün ərzində 100 milyondan çox baxış toplayan video 1,5 milyondan artıq bəyənmə qazanıb.

Liman.Az xəbər verir ki, kadrda cütlük sadəcə fastfud – dönər və ya oxşar yemək yeyir. Hər ikisi sakit şəkildə yeməyi çeynəyərkən oğlan bir anda cibindən üzük qabını çıxarıb qarşısındakı qıza uzadır. Qız da təəccüblü sakitliklə qabı açır və üzüyü barmağına taxır. Daha sonra razılıq əlaməti olaraq başını yelləyir. Nə sevinc çığırtısı, nə göz yaşları – sadəcə bir öpüşlə səhnə tamamlanır.

İzləyicilər bu qədər sadə bir təklifin bu qədər geniş yayılmasına təəccüblə yanaşıblar. Bəziləri bunu “yeni dövrün romantikası” adlandırsa da, digərləri üçün bu, emosiyasız və mexaniki bir səhnədir.

Liman.Az

Paylaş.