Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Azərbaycan filmləri endirimdə – “CineMastercard”da Milli Kino Günü

Azərbaycan filmləri endirimdə – “CineMastercard”da Milli Kino Günü

01/08/2025 19:48
Paylaş Facebook Telegram WhatsApp Copy Link

2 avqust – Milli Kino Günü münasibətilə CineMastercard kinoteatrında xüsusi təklif olacaq: bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə! Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir.

Aksiya yalnız bir gün – 2 avqust 2025-ci il tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir.

Proqramda:

“Tağıyev: Çar” – Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib.

Rejissor: Zaur Qasımlı.

Rollarda: Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfərov, Elşən Rüstəmov, Natəvan Hacıyeva, Sanan Əlləz.

“Qapı” – Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər.

Rejissor: Vüsal Əhmədzadə.

Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev və İlkin Xəlil.

“Apatiya 2” – Anasını axtarmaq üçün uşaq evindən qaçan Akifin dramatik hekayəsi. Yolda o, cəmiyyətin biganəliyi və sərt reallıqla üzləşir. Film mühüm sosial və mənəvi məsələləri gündəmə gətirir.

Rejissor: Hikmət Rəhimov.

Rollarda: Tural Baxış, Şəhla Əligızı və Fuad Cabiyev.

“CineMastercard” kinoteatrı tamaşaçıları Azərbaycan kinosundan zövq almağa və milli kinematoqrafiyanın gücünü hiss etməyə dəvət edir.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
Hamı üçün

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48
Hamı üçün

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.