Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Advent təqvim”lə müştərini sevindirin

“Advent təqvim”lə müştərini sevindirin

11/12/2024 17:19
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer

Advent təqvimləri son illər ərzində Azərbaycanda məşhurlaşmağa başlayıb. Brendlər bu təqvimlərdən istifadə edərək yeni müştərilər cəlb edir, satışlarını artırır və müştəri loyallığını gücləndirir.

Amma bəzən bəzi brendlər advent təqvimlərin daxilinə satılmayan və ya işlək vəziyyətdə olmayan məhsullarını əlavə edirlər. Yəni yüksək tələbatdan sui-istifadə edirlər. Amma belə hallar brendlərə ziyan vura bilər.

Uzunmüddətli düşünən şirkətlər üçün təkrar satış çox önəmlidir.

Təkrar satışı təmin etmək üçün müştəri məmnuniyyətini qorumaq lazımdır. Əgər müştəri aldığı məhsuldan razı qalmasa, nəinki təkrar satışlar olmayacaq, həttə brendə qarşı neqativ fikir formalaşacaq. Nəzərə alsaq ki, advent təqvimlər əsasən hədiyyə kimi verilir, neqativ təcrübə brendi iki tərəfdən zərbələyə bilər. Hədiyyəni təqdim edən və qəbul edən tərəf narazı qalacaqlar.

Marketinqdə belə bir anlayış var: “Neqativin kateqoriyaya yönləndirilməsi”.

Bu nə deməkdir? Məsələn, insan “X” brendin bir məhsulunu alır və brenddən narazı qalır. Çox güman insanın neqativ fikri “X” brendin bütün kateqoriya məhsularına şamil edəcək. Yəni düşənəcək ki, bu “X” brend nə satırsa, nə istehsal edirsə, hamısı keyfiyyətsiz məhsuldur.

Ona görə brendlər advent təqvimlərin daxilində elə məhsullar yerləşdirməlidirlər ki, insanlar həm razı qalsınlar, həm də həmin brendin məhsullarını yenidən alsınlar.

Advent təqvimlərinin uğurlu istifadə nümunələri çoxdur.

Məsələn, “L’Oréal” və “Sephora” kimi brendlər advent təqvimlərinə məhsularının nümunələrini daxil edirlər. Yəni bir növ insanlar məhsulları test edirlər. “Amazon” advent təqvimlərində müştərilərə hər gün endirim və ya bonuslarla hədiyyə təqdim edir.

Əslində, ideyalar çoxdur. Amma hər zaman nəzərə almaq lazımdır ki, advent təqvimlərinin əsas ideyası – insanları sevindirməkdir. Ona görə də, çalışın advent təqvimlərin daxilində, ən çox satılan, ən populyar olan, müştərilərin beyənmə şansı çox olan məhsullar yerləşdirin.

Advent təqvimi insanları heyran etsə, onlar brendin daimi müştərisinə çevriləcək.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Hamı üçün

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07
ƏSAS MANŞET

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.