Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ölkələr ilə ticarət dövriyyəsinin həcmi 39 milyard 378 milyon 678 min ABŞ dolları olub.

Bunun 22 milyard 742 milyon 283 min dolları ixracın, 16 milyard 636 milyon 394 min dolları idxalın payına düşüb. İxracda əsas yeri İtaliya tutub. Belə ki, bu dövrdə Azərbaycandan İtaliyaya 9 milyard 128 milyon 881 min dollar dəyərində məhsul ixrac edilib.

Ən çox məhsul idxal olunan ölkə isə Çin olub. Çindən idxal olunan məhsullara 3 milyard 1 milyon 209 min dollar vəsait xərclənib.

Azərbaycanın məhsul ixrac etdiyi beş əsas ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr Məbləğ (min ABŞ dolları) İxracda payı %
İtaliya 9 128 881.73 40,14
Türkiyə 3 229 733.48 14,2
Rusiya 972 509.42 4,28
Çexiya 905 526.09 3,98
Xorvatiya 842 670.19 3,71

Azərbaycanın məhsul idxal etdiyi beş əsas ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr Məbləğ (min ABŞ dolları) İdxalda payı %
Çin 3 001 209.69 18,04
Rusiya 2 969 917.14 17,85
Türkiyə 1 918 902.20 11,53
Avstraliya 1 035 985.62 6,23
ABŞ 921 225.95 5,54
Valyutaaz
Paylaş.