Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub – Siyahı

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub – Siyahı

29/11/2024 09:23
Paylaş Facebook Telegram WhatsApp Copy Link

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Valyutaaz-ın əldə etdiyi məlumata görə, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1080 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% azdır. 2023-cü ilin ilk yarısında bu rəqəm 1520 ədəd təşkil edib.

2024-cü ilin ilk yarısında Almaniya brendi BMW satışların həcminə görə lider olub – 330 ədəd. Bununla belə ötən ilin eyni dövrünə nisbətən markanın satışları 13% azalıb.

“Mercedes” isə bu ilin altı ayında 242 ədəd satışla bazar üzrə ikinci (22,4% bazar payı) olub.

Ötən ilin ilk yarısına satışların həcminə görə bazar lideri olan Yaponiya markası “Lexus”un Azərbaycanda satışları bu ilin eyni dövründə 223 ədəd təşkil edib. Markaya aid yeni modellərin satışları son bir ildə 47% azalıb. Ötən ilin eyni dövründə bu rəqəm 424 ədəd təşkil edib.

Bu dövrdə “Land Rover”in satışları 211 ədəddən 157 ədədə, “Audi”nin satışları isə 114 ədəddən 59 ədədə enib.

Siyahıda sonuncu olan “Porsche”nin satışları isə 28% azalaraq 49 ədədə düşüb.

İlk 6 avtomobil brendindən əlavə bu ilin ilk yarısında Azərbaycanda yeni “Volvo”ların satış həcmi məlum olub. Ən təhlükəsiz brend hesab edilən marka altı ayda 61 yeni avtomobil satıb. Qeyd edək ki, “Volvo”nun əvvəlki satış həcmi məlum olmadığı üçün müqayisə aparmaq mümkün olmayıb.

Liman.az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Lent

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27
Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
ƏSAS MANŞET

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.