Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » 100 mindən çox xərcləndi, telefona görə boşandılar – Vəkil

100 mindən çox xərcləndi, telefona görə boşandılar – Vəkil

25/11/2024 13:50
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Boşanma haqda xəbəri vəkil İsrafil Əlili “Facebook” hesabında ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb.

Vəkil sözügedən boşanma zamanı tərəflərdən birinin vəkili olub.

O qeyd edib ki, bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilibmiş:

“Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda ikiotaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”.

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi “iPhone” telefonunun kimdə qaldığına da aydınlıq gətirib:

“Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf, yəni arvad oldu. “iPhone” cihazı bizdə qaldı”.

Vəkil boşanan cütlüyün ad-soyadlarını gizli saxlayıb.

Liman.Az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Düşündürən

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22
SEÇİLMİŞ

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30
Olmaz olsun

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.