Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Qəflətən ölən şəxsin mirası kimə qalır? – Açıqlama

Qəflətən ölən şəxsin mirası kimə qalır? – Açıqlama

19/11/2024 16:14
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Mövzu ilə bağlı hüquqşünas Esmira Rzayeva milliaz-a açıqlama verib.

Əgər vəfat edən şəxsin rəsmi qaydada tanınan və ya müəyyən edilmiş vərəsəsi varsa, onun bütün əmlakı vərəsələr arasında bərabər bölünür. Lakin vərəsəsi yoxdursa, həmin şəxsin əmlakı dövlətə keçə bilər.

“Söhbət vəfat edən şəxsin həyat yoldaşı ilə birlikdə nikah dövründə aldıqları əmlakdan söhbət gedirsə, həmin əmlakın 50 faizi həyat yoldaşına, 50 faizi isə vəfat edən şəxsin digər vərəsələrinə aid olur. Vərəsələr arasında yalnız kişinin (babanın) hissəsi nəzərə alınır. Əgər baba və nənə hər ikisi vəfat edərsə, irsi transmissiya qaydası ilə mülkiyyətə aid olan maddəyə əsasən, onların əmlakı əvvəlcə övladları arasında, sonra isə nəvələri arasında bölünür. Əgər bir şəxs vərəsəlikdən imtina edərsə, həmin şəxs vərəsə sayılmır. Çünki vərəsəlikdən imtina etməklə, həmin şəxs yalnız əmlakı deyil, həm də borcları qəbul edə bilər. Baba və nənə əmlakı birgə nikahda aldıqları halda, baba vəfat etdikdən sonra nənə həmin əmlakın 50 faizinin qanuni mülkiyyətçisi sayılır. Qalan 50 faiz isə vərəsələr arasında bərabər şəkildə bölünür”.

Vərəsəlik necə qəbul edilir?

Hüquqşünas bildirib ki, şəxsin vərəsələrindən biri və ya hamısı notarius vasitəsilə vərəsəlik açır.

“Vərəsələr tanındıqdan sonra əmlakın bölünməsi prosesi başlanır. Əgər vərəsələr arasında narazılıq yaranarsa, onlar məhkəməyə müraciət edə bilərlər. Bu proseslər mirasın düzgün bölünməsi və hər hansı mübahisələrin qarşısının alınması üçün hüquqi prosedurların izlənməsini tələb edir”.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
Hamı üçün

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48
Hamı üçün

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.