Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » ƏMAS nədir? – Ən çox axtarılan mözvulardan biri – Video

ƏMAS nədir? – Ən çox axtarılan mözvulardan biri – Video

14/11/2024 14:05
Paylaş Facebook Telegram WhatsApp Copy Link

“Əmək və məşğulluq” altsistemi

 “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) – Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə  və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır.

ƏMAS işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılmasını, rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqini, işəgötürənlərin zərərli iş yerlərinin attestasiyasını, əməyin hesablanmasını və ödənilməsini təmin edir. Ölkə üzrə məşğulluq platformasını, ölkənin məşğulluq xəritəsini və ölkə üzrə məşğul şəxslərin reyestrini özündə ehtiva edir. Vakansiya bankının idarə olunması, fərdi məşğulluq proqramlarının tərtib edilməsi, məşğulluğun təmin edilməsi prosesləri – aktiv məşğulluq tədbirlərinin təşkili, peşə hazırlığı və peşəyönümü üzrə tədbirlərin təşkili altsistemin əsas funksional istiqamətləridir.  Eyni zamanda Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərlə, işəgötürən birlikləri ilə, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə, həmkarlar ittifaqı ilə fəaliyyətinin elektron qaydada aparılmasını tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin reyestrini formalaşdırmaqla fəaliyyət dinamikasını və idarəolunmasını həyata keçirir.

Sistemin vətəndaşlar və işəgötürənlər üçün üstünlükləri:

ƏMAS  ölkədaxili bütün işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi  və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır.

ƏMAS-ın işəgötürənlər üçün üstünlüyü təşkilati strukturun yaradılması, strukturda ştatların açılması, ştatlar üzrə vakant iş yerlərinin yaradılması proseslərini, elektron əmək müqavilələrinin bağlanılması, rəqəmsal kadr uçotunun aparılması işlərini sistem üzərindən həyata keçirə bilmələridir.

ƏMAS-da ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalının mövcudluğu işsiz və işaxtaranlar üçün uyğun işlərin tapılmasına kömək edir, ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçiminə imkan verir. Vakansiya bankı işaxtaran və işsiz şəxslərin əmək bazarından gözləntilərinin, bilik bacarıqlarının, sosial imkanlarının sistemdə olan vakansiya tələbləri ilə avtomatik eyniləşdirmə (matching) funksiyası vasitəsi ilə qarşılıqlı uyğunluğunun tapılmasına imkan verir.

ƏMAS-da “Məşğulluq xəritəsi”, ümumilikdə insan resursu və əməkhaqqı üzrə bütün əməliyyatların avtomatlaşdırılması və vahid platformadan idarə olunması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin hesablanması və ödənilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin reyestrinin formalaşdırılması, elektron audit və elektron cərimə modullarının da yaradılması nəzərdə tutulmuşdur. Bundan əlavə qeyri-formallıq halına yol açan müəssisələrin müəyyənləşdirilməsini, onların risk qiymətləndirilməsinin aparılmasını, müqayisəli yoxlamaların həyata keçirilməsini, müvafiq sahədə illik planın tərtibatını, tədbirlər reyestri və aidiyyəti bildirişlərin göndərilməsini özündə birləşdirəcək “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya sisteminin işini təmin edəcəkdir.

Layihənin əsas hədəfləri:

ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Sistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanılması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların (işçilərin şəxsi işi anlayışının, əmrləşmələrin, ezamiyyə vərəqələrinin, ştat cədvəllərinin, kadr kargüzarlığının) rəqəmsal müstəviyə keçirilməsi əmək müqavilələrinin kağız formasının, əmək kitabçalarının, sosial sığorta kartlarının ləğvinə və fiziki həyata keçirilən yoxlamaların azaldılmasına zəmin yaradacaqdır.

ƏMAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malikdir. Vətəndaşlar sistemdə şəxsi kabinetlərini formalaşdırıb, real vaxt rejimində əmək bazarında mövcud olan vakansiyalar barədə məlumat bankına birbaşa çıxış əldə edib, əmək bacarıqlarına uyğun münasib işlərlə tanış olub və məşğulluq mərkəzlərinə müraciət etmədən münasib işlərə istənilən vaxt elektron qaydada müraciət etmək hüququ əldə edir. Sistem şəxsin peşə kvalifikasiyalarının təhlili ilə alqoritm əsaslı Fərdi Məşğulluq Proqramının hər bir işsiz şəxsə münasibətdə individual hazırlanmasını təmin edir. ƏMAS-da işsiz və işaxtaranlarla yanaşı, işə qəbul olunanların da şəxsi kabineti formalaşır ki, işə qəbul olunmuş və ya qəbul prosesində olan şəxs öz kabinetində onunla bağlanmış əmək müqavilələrini, əmək fəaliyyəti haqda məlumatları, aidiyyəti əmrləri, işəgötürənə edilən müraciətləri görə və  idarə edə bilər.

İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunub.

Liman.Az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23
Hamı üçün

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07
Hamı üçün

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.