Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Şirvanşah I Xəlilullah Fateh Sultan II Mehmedin himayədarı olub?

Şirvanşah I Xəlilullah Fateh Sultan II Mehmedin himayədarı olub?

19/10/2024 16:26
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Liman.az

Yazar Cavid Ağa

Bunu bu gün bir Məmlük mənbəsini oxuyanda gördüm. Belçikanın Gent universiteti “Mamluk Prosopography” (https://ihodp.ugent.be/mpp) adlı bir layihə başladıb. Layihə son orta əsr Misir Məmlüklərinin yazdığı tarixi mənbələri bir yerə toplayıb ordakı şəxslərin digər şəxslərlə əlaqələrini araşdırma məqsədi güdür. Şirvan haqqında maraqlı iki mənbə gördüm.

Tərcümə edirəm:

1. İbn Tağrıberdi, Nücum, Hicri 869: “Sultan Xəlil ibn İbrahim, Şamaxı məmləkəti və onun ətraf bölgələrinin sahibi, keçən il vəfat etdi. Zənn edirəm ki, Şamaxı şəhərində. Onun ölüm xəbəri uzaq məsafədən ötrü gec gəlib çatdı. Təxminən qırx il hökmranlıq etdikdən sonra öldü. O, status baxımından Şərqin ən hörmətli padşahlarından biri, rəftar baxımından ən yaxşısı, ən itaətkarı, idarəçilikdə ən mahir, fikrində ən qətiyyətli idi. O, qalan böyük padşahların sonuncusu və Rumların hökmdarı Sultan Murad bəy ibn Məhəmməd ibn Osmanın hal-hazırda bizim dövrümüzdə Rumların hökmdarı olan oğlu Məhəmmədin himayədarlığını həvalə etdiyi şəxslərdən biri idi. Onun işlərini Həvadis (Hadisələr) kitabımızda müfəssəl qeyd etmişik. Allah rəhmət eləsin!”

2. Əl Məqrizi, Süluq, Hicri 838: “Və həmin il Kirman torpaqlarını böyük vəba bürüdü. O, rəbiül-əvvəl ayında Xorasanın Herat şəhərində başlamış və şiddətli olmuş, çoxlu sayda insanın ölümünə səbəb olmuşdu, bəziləri bu rəqəmin 800.000-ə çatdığını bildirirlər.

Şahrux rəbiül-əvvəl ayının 12-də İskəndər ibn Qara Yusiflə döyüşmək niyyətində olan böyük bir ordu toplayıb oradan yola düşdü. O və yanındakılar bunun üçün dörd il hazırlaşmışdılar. Bunun səbəbi İskəndərin Şirvan səltənətinə daxil olanda Şamaxıya hücum etməsi və onun şahı, Dərbəndiyyə şeyxi Xəlil ibn İbrahimə qarşı bir müddət vuruşması idi. Sonra günlərin birində İskəndər ova getmək üçün düşərgəsini tərk etdi və Xəlil onun yoxluğundan istifadə edərək düşərgəyə hücum etdi, İskəndərin oğlunu, qızını və arvadını əsir götürdü. Xəlil, İskəndərin oğlunu Şahruxun yanına göndərdi, o, ona hörmət etdi və bir neçə gün onun yanında at minməyə icazə verdi. Sonra onu Səmərqəndə göndərdi. Xəlil İskəndərin qızını və arvadını isə zorlayaraq şərəfini təhqir etdi.

İskəndər ovdan qayıdandan sonra Şamaxını tutana qədər döyüşləri daha da gücləndirdi, onu xarabalığa çevirdi, camaatının sərvətini talan etdi, həddindən artıq qətllər törədib, sakinlərini əsarət altına aldı. Xəlil qaçaraq Şahruxun xatunu vasitəsilə kömək istədi. O, Şahruxu döyüşə getməyə razı saldı. Şamaxını ələ keçirən İskəndər isə Xəlilin qızını və arvadını rüsvay edir, Xəlilə acıq vermək üçün onları hər gün əlli nəfərə zorlatdırırdı”.

İsgəndər bu hadisənin baş verdiyi ildən 2 il sonra, öz oğlu Şah Qubad tərəfindən öldürüldü.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41
Yaradıcılıq

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31
REDAKTOR

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.