Liman.az

Fəlsəfəşünas Emin İmanlı Ağqoyunlu hökmdarı Uzun Həsənin tərcümə etdirdiyi Quranı paylaşıb.

“Bəqərə” surəsinin ilk beş ayəsi

1. Ənəllahu ələm.* 2. Şul kitab yoxdur güman onun içində; yol göstərməkdir saqınıcılara. 3. Onlar ki, inanırlar görünməz nəsnəyə, dəxi durururlar namazı, dəxi ondan ki, ruzi verdik onlara, nəfəqə verirlər; 4. dəxi onlar ki, inanırlar ona ki, endirinildi sənin dəpə, dəxi ona ki, endirinildi səndən iləri, dəxi qiyamət gününü onlar gümansız bilirlər — 5. şunlar doğru yol üzərədir Çələbilərindən,** dəxi şunlar qurtulmuşlardır.

* Mənəm bilən Allah.
** Rəbb

O qeyd edib ki, bəzi klassik tərcümələrdə maraqlı bir ənənə var, belə ki, bəzi surələrin əvvəlində qeyd olunan “hürufi-müqəttə” də tərcümə edilir. Adətən, bu hərfləri olduğu kimi saxlayırlar: “Məsələn, “Bəqərə” surəsinin əvvəlində gələn hərflər belədir: Əlif, Lam, Mim.

Məhəmmədhəsən Şəkəvi (1853-1932) də eyni ənənəni davam etdirərək bütün hürufi-müqəttəələri tərcümə edib”.

Emin İmanlı növbəti paylaşımında yazıb:

1. İkindi namazı haqqıçün [ya ruzigar haqqı]. 2. Bayıq,* adam ziyan içindədir 3. illa** onlar ki, iman gətirdilər, dəxi*** işlədilər iyi işlər, dəxi bir-birinə ismarladılar haqqı [yəni Quranı], dəxi bir-birinə ismarladılar səbir eyləməyi.
Quran | “Əsr” surəsi (15-ci əsrə aid tərcümə)
* Bayıq = həqiqətən/şübhəsiz
** İlla = dan başqa (istisna ədatı), yəni onlardan başqa ki…
*** Dəxi = və
Paylaş.