Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Müdir-işçi: Disiplinli, avtoritar, yoxsa mehriban, qayğıkeş rəhbər…

Müdir-işçi: Disiplinli, avtoritar, yoxsa mehriban, qayğıkeş rəhbər…

17/10/2024 14:19
Paylaş Facebook Telegram WhatsApp Copy Link

“Gənc rəhbərlər bir az idealist olurlar. Özünü qəbul etdirməkdə 2 cür davranırlar: ya çox disiplinli, avtoritar, ya da mehriban, qayğıkeş, “narahat olmayın, yanınızdayam” tərzində davranırlar”.

Bunu Valyuta.az-a açıqlamasında idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyib.

Təlimçi deyir ki, rəhbər şəxslər idarə heyətinin yanaşmasını tətbiq etməlidir:

Təsisçilər sizi ona görə rəhbər təyin edir ki, tabelikdə olan işçiləri idarə edəsiniz, işçilərlə bir olub işçilərin məntiqini rəhbərliyə ötürmək üçün yox

“Şirkətin bir idarə heyəti mövcud olur. O heyət də sizi rəhbər olaraq təyin edir ki, onların yanaşmasına uyğun işi qurasınız. Bir çox hallarda tabeçiliyinzdə olan işçilərin sizdən müxtəlif tələbləri olur. Məsələn, maaş artımı, vəzifədə yüksəlmək, başqa vəzifə və s. Siz müəyyən qədər təcrübəsiz və ya idealist olduğunuz üçün işçilərin tələbinə qarşı deyirsiniz ki, “mən həll edərəm”. Ancaq rəhbərlikdən bunu istədiyinizdə rəhbərlik bunu qəbul etmir. Bu zaman problem yaranır. Siz işçinin yanında işyarıtmaz vəziyyətinə qalırsınız, öz rəhbərliyinizin yanında isə daim işçilərinin tərəfini saxlayan bir vəziyyətə düşürsünüz. İşçinin tələbini idarə heyətinə deyib rədd cavabı alan gənc rəhbərlər bir çox hallarda işçiyə “mən əlimdən gələni etdim, sən də görürsən” tərzində reaksiya verirlər. Halbuki bir rəhbər missiyası etibarilə təsisçilərin və ya daha yuxarı rəhbərlərin nümayəndəsidir. Rəhbər təsisçinin yanaşmasını tətbiq etməlidir. İşçilərin haqlarını təbii ki, yerində müdafiə etməlidir. Ancaq nəhayətində gənc rəhbərlər təsisçinin yanaşmaları əsasında hərəkət etməlidir. Siz rəhbərliyin tərəfində olmalısınız. Təsisçilər sizi ona görə rəhbər təyin edir ki, tabelikdə olan işçiləri idarə edəsiniz, işçilərlə bir olub işçilərin məntiqini rəhbərliyə ötürmək üçün yox”.

İdarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir rəhbər şəxslərin iş prosesindən kənar əməkdaşları ilə yaxın ünsiyyətinin tərəfdarı deyil: “İşçi müdir ilə yaxınlığı strateji olaraq düzgün qəbul edə bilər, amma bir müdir işçisi ilə iş prosesindən kənarda heç vaxt yaxınlıq yaratmamalıdır. Bəzən müdir əməkdaşları ilə iş proseslərindən kənarda lazım olduğundan artıq yaxınlıq yarada bilir. Bu yaxınlıq üzərindən müdir işçidən iş saatlarında əlavə iş tələb edir. Digər tərəfdən, müdir ilə səmimi olan şəxslər maaş artımı istəməkdən çəkinirlər. Yaxud müdirin səmimiyyəti işçilər tərəfindən də yanlış anlaşıla bilir. Bu səmimiyyətdən istifadə edənlər də olur ki, nəticədə işin keyfiyyəti aşağı düşür”.

A.Kandemirin sözlərinə görə, işçilərin performasını onlarla işdən kənar səmimiyyət qurmaqla artırmaq uğurlu metod deyil:

“Düzdür, bəzi rəhbərlər işçilərin performasını onlarla işdən sonra da səmimi ünsiyyət quraraq artırmağa çalışması halları var. Bu zaman yaxşı idarəçi olduğumuzu, işçilərin bizi sevdiyini düşünürük. Təbii ki, bu belə deyil. Müdirin işçi ilə münasibəti ondan ibarət olmalıdır ki, hər kəs öz mövqeyinə uyğun fikrini irəli sürsün, davranış sərgiləsin. Siz işçinin zamanını və biliklərini müəyyən vaxt dilimində icarəyə götürmüş hesab olunursunuz. Məsələyə rasional baxmaq lazımdır. İşçilər ilə müdirlərin iş prosesindən kənarda bir yaxınlıq qurmasının işin keyfiyyətinə müsbət təsirini gözləmək doğru deyil”.

Liman.az

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07
Örnək

“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar

06/08/2025 10:26
MİNİ MANŞET

Zəngin və orta sinif insanlar nə ilə fərqlənir? – 10 əsas cəhət

04/08/2025 11:31

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.