Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Bacım mənə qaraciyərini verdi, özünün isə səhhəti pisləşdi”

“Bacım mənə qaraciyərini verdi, özünün isə səhhəti pisləşdi”

17/10/2024 14:01
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Müğənni Nərmin Kərimbəyovanın qardaşı Kamran “Xəzər axşamı” verilişinə müsahibəsində uşaqlıq illərindən qaraciyər sirrozundan əziyyət çəkdiyini söyləyib, müalicəsi və ona donor olan bacısından danışıb:

“Sirroz xəstəliyinin yeganə müalicəsi qaraciyər transplantasiyasıdır. Donor məsələsi ortaya çıxanda çoxlu nüanslar əmələ gəlir. Hətta yaxın insanlar öz orqanlarını vermirlər, kömək etmirlər. Bacım Nərminə əziyyət vermək və onu təhlükəyə salmaq istəmədim. Uzun zaman ona demədim ki, mənə sırf donor lazımdır. Bacım mənə dəfələrlə deyirdi ki, sənə biz necə kömək edə, dəstək ola bilərik. Mən bir dəfə dedim ki, bu donor məsələsidir. O heç fikirləşmədən cavab verdi ki, donoru niyə axtarırsan ki, donor var. Sual verdim ki, kim? O cavab verdi ki, donor mən olacağam. Onun xasiyyətini və mənə bununla bağlı “hə” deyəcəyini bilirdim. O mənə çox böyük bir dəstək oldu. Bu nəinki dəstəkdir, mən bacım Nərminə görə indi yaşayıram”.

Türkiyədə əməliyyat olunan Kamran bildirib ki, əməliyyatdan sonra ona qaraciyərini verən bacısı Nərminin səhhəti qəfil pisləşib:

“Əməliyyat günü mənim vəziyyətim yaxşılaşdı. Ancaq Nərminin səhhətində böyük problemlər oldu. Biz onun üçün çox qorxduq. Ona görə çox narahat oldum. Axı onun bu vəziyyətə düşməsi mənə görə oldu. Onunla dəfələrlə danışanda deyirdim ki, bəlkə lazım deyil. O isə bu söhbəti etməməyimi deyirdi. 8 saat mənim əməliyyatım çəkdi. İnsanlar trasplantasiya əməliyyatından sonra daha da yaxın olurlar. Nərminlə onsuz da yaxın idik, amma bu əməliyyatdan sonra daha da yaxın olduq. Ağrılar olanda bacımı fikirləşirəm. Başım ağrıyanda dərhal Nərmin zəng edib halımı soruşur. Deyir ki, hiss elədim ki, pissən. Nərmin haqda danışanda kövrəlirəm. Nərmin yanımda heç zaman ağlamır. Bilirəm ki, o, tək olanda mənim üçün ağlayır. Hər zaman bir yerdə olacayıq, hər şey yaxşı olacaq. Sən mənə həyat verdin buna görə çox sağ ol”.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Örnək

“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar

06/08/2025 10:26
MİNİ MANŞET

Zəngin və orta sinif insanlar nə ilə fərqlənir? – 10 əsas cəhət

04/08/2025 11:31
ƏSAS MANŞET

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.