Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Azərbaycanda aktyor çətin vəziyyətə düşdü – Bələdiyyə fırıldağı

Azərbaycanda aktyor çətin vəziyyətə düşdü – Bələdiyyə fırıldağı

15/10/2024 13:26
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun başına iş gəlib. Aktyor dələduzluqla üzləşib.

Liman.az xəbər verir ki, bu barədə lent.az-a danışan Tahir İsmayılov bildirib ki, torpaq satın alsa da, nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir.

“İki qızım və bir oğlum var. Övladlarım ailə quranda evimi satıb torpaq sahəsi aldım ki, uşaqların hərəsinə bir ev tikib hədiyyə edim. Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler hazırlayıb. Və ən önəmlisi də budur ki, bu iki nəfər torpaqla bağlı problemi bilirmiş, iş hətta məhkəməyə gedib çatıbmış. Bələdiyyə bu məhkəmədə qalib gəlib, torpağı alan qadın uduzub. Bələdiyyə bunu məndən gizlədərək mübahisəli torpağı yenidən satıb. 9 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm, nə torpağa sahib ola bilirəm. Torpağı almaq üçün 18500 manat pul vermişəm, bunun 16000 manatı torpaq, 2500 manatı sənədləşəmə üçün tələb olunmuşdu. Bu müddət ərzində sənədləşmə üçün nəzərdə tutulan hissədən 1700 manat ala bilmişəm, qalanını yox. Verilmiş sənədlər Binəqədi bələdiyyəsinin 4-5 il öncə sədri olmuş adamın adı ilə çıxarılıb verilib”, – deyə aktyor bildirib.

Tahir İsmayılova məsələnin həlli söz verilsə də, hələlik problem olduğu kimi qalır.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Lent

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27
Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
ƏSAS MANŞET

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.