Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Bir illik təhsilinə 110 min dollar ayrıldı – ABŞ-də oxuyacaq gənclə müsahibə

Bir illik təhsilinə 110 min dollar ayrıldı – ABŞ-də oxuyacaq gənclə müsahibə

09/10/2024 19:57
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Azərbaycanlı gənc Murad Qurbanov magistr təhsili üçün dünya reytinqinin ən yaxşıları sırasında olan 8 universitetdən qəbul alıb. Onun seçimi dünyanın TOP 10 universitetindən biri olan University of California, Berkeley-də Beynəlxalq hüquq ixtisası (LLM in international law) üzrə olub. O, dövlət tərəfindən 2024-2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün nəzərdə turulmuş Dövlət Proqramı” çərçivəsində təhsil alacaq. Valyuta.az M.Qurbanovla bu uğuru və gələcəkdə görmək istədiyi işlər barəsində danışıb.

Qeyd edək ki, M.Qurbanov orta məktəbdə də əlaçı şagird olub, 648 bal yığaraq ADA Universitetinin hüquq fakültəsinə qəbul olub. Bakalavr təhsilini ortalama 3.84 GPA ilə başa vuraraq universiteti fərqlənmə diplomu ilə bitirib.

– Murad bəy, ilk olaraq orta məktəb illərində yaxşı oxumağınızdan danışaq. Kimində valideyn amili önə keçir, kimdə müəllimlərin rolu olur, bəzən isə şagirdin özünün oxumağa həvəsi olur. Sizdə əsas qüvvə hansı idi?

– Mən hər bir uğurun təməlinin başlanğıcdan irəli gəldiyinə inanan biriyəm. Məktəb dövründə müəllimlərimin göstərdiyi qayğı və diqqətin mənim indiki uğurumda böyük rolu olub. Potensiallı gənclərin potensialının hələ şagirdlik dövründə ortaya çıxarılmasında onların payının çox olduğunu düşünürəm.

– Bakalavr təhsilinizi hüquq sahəsində almısınız, magistr təhsilinizi də bu istiqamətdə davam edəcəksiniz. Bəs bu ixtisası seçməyinizdə səbəb nə idi? 

– Hüquq ixtisası mənim üçün hər zaman əvəzolunmaz sahə olub. İstər sosial-iqtisadi, istərsə də siyasi inkişafın hüquq sisteminin inkişafı ilə əlaqədar olduğunu düşünürəm. Məhz bu səbəbdən özümü daim peşəkar hüquqşünas kimi yetişdirməyə çalışmışam. Hüquq fakültəsini seçməmdə bir neçə faktor rol oynadı. Ən önəmli faktorlardan biri isə ADA Universitetinin hüquq fakültə heyəti və beynəlxalq təcrübəni tətbiq edən yenilikçi hüquq təhsili verməsi idi. Məhz bu seçim bu gün mənim dünyanın top 10 universitetindən biri olan Berkeley-ə qəbul olmağımda mühüm rol oynayıb.

– Xarici universitetlərə magistr təhsili üçün qəbulda sizin bakalavr dövrünü necə keçirməyinizə də baxırlar. Bakalavr dönəmində hansı layihələrdə iştirak etmisiniz?

– Təhsil aldığım müddət ərzində Almaniyanın Martin-Luther Universitetində bir semestrlik “Erasmus+” təqaüdü vasitəsilə hüquq təhsili almışam. Akademik göstəricilərimlə yanaşı, kurrikulumdan kənar fəaliyyətlərdə də aktiv məşğul idim. Belə ki, Helga-Pedersen beynəlxalq məhkəmə simulyasında iştirak etmiş, bir sıra qurumlarda hüquq təcrübəçisi olmuşam. Bundan başqa Avropa Hüquq Tələbələri Assosiasiyası (ELSA) tərəfindən təşkil olunan insan hüquqlarına dair Helga Pedersen məhkəmə simulyasıyasının Azərbaycan və ADA universiteti üzrə təmsilçi iştirakçılarından biri kimi seçilmişəm. Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq yarışında iştirak etmişəm. Yarış 2 mərhələdən ibarət idi. Hüquqi memorandumun yazılması və şifahi çıxışların həyata keçirilməsi formasında keçirilmişdi. Müxtəlif dövrlərdə məhkəmə, prokurorluq, vergi və digər aidiyyatı qurumların hüquq şöbələrində təcrübəçi olmuşam.

– Bəzən deyirlər ki, universitetə qəbul olanda topladığınız balın əhəmiyyəti yoxdur. Əsas olan universitet vaxtında öz üzərinizdə çalışmağınızdır.

– Təbii ki, qəbul balı ilk növbədə hər bir kəsin istədiyi ixtisasa yiyələnməsinə imkan verən əsas vasitədir. Lakin, bundan əlavə düşünürəm ki, yüksək akademik göstəricilər tələbənin mükəmməliyyətçi xarakterindən xəbər verir. Yəni, bu kimi tələbələr daim hər şeyin ən yaxşısına sahib olmağa çalışırlar. Mən də özümü bu kateqoriya insanlardan biri kimi hesab edirəm. Uğurun əsas açarını da məhz bu xüsusiyyətdə görürəm.

– Bildiyimiz kimi, dövlət proqramı ilə xaricdə təqaüdlə təhsil alacaqsınız. Bu təqaüdün məbləği nə qədərdir?

– Magistr dərəcəsi üzrə alacağım hüquq təhsilinin (LL.M.) müddəti 1 ildir. Yəni, dövlət proqramı çərçivəsində mənə təklif edilən ümumi təqaüdün miqdarı təqribən 110 min ABŞ dolları məbləğindədir. Dövlət təqaüdü illik 79 min dollar həcmində təhsil haqqımı qarşılayır. Bundan əlavə, aylıq 1 800 yüz dollar məbləğində təqaüd təklif edir. Bundan əlavə, çəkilən nəqliyyat, viza xərcləri, sığorta haqları da dövlət proqramı çərçivəsində qarşılanır.

– Sahənizlə bağlı gələcək planlarınız nələrdir?

– Gələcəkdə də hüquq sahəsi üzrə fəaliyyətimi davam etdirməyi planlayıram. Dövlət Proqramının iştirakçısı olaraq öhdəliyim var ki, magistr təhsilimi başa vurduqdan sonra 2 ay ərzində ölkəyə qayıdım və 5 il ərzində əmək fəaliyyəti ilə məşğul olum. Lakin, bunu özüm üçün bir məhdudiyyət olaraq görmürəm, əksinə, bu mənim Berkeley hüquq məktəbində əldə edəcəyim bilik və bacarıqlarımın Azərbaycan hüquq sisteminə töhfə vermək üçün istifadə edilməsi hədəfimlə tam olaraq üst-üstə düşür. Hesab edirəm ki, mənim kimi digər prestijli xarici univeristetlərə də qəbul olan tələbələrin ilkin hədəfi məhz bundan ibarət olmalıdır.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Örnək

“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar

06/08/2025 10:26
MİNİ MANŞET

Zəngin və orta sinif insanlar nə ilə fərqlənir? – 10 əsas cəhət

04/08/2025 11:31
ƏSAS MANŞET

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.