Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Avropanın akkumulyator istehsalı nəhəngi iflas edə bilər

Avropanın akkumulyator istehsalı nəhəngi iflas edə bilər

08/10/2024 23:31
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Avropanın elektromobillər üçün akkumulyatorların istehsalı üzrə lider şirkətləri yaxın gələcəkdə Çinlə rəqabətdə məğlub ola bilərlər.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyi bu qənaətə gəlib. Agentlik bildirir ki, İsveçin “Northvolt AB” kimi akkumulyator istehsalçısı şirkətlər bizneslərini inkişaf etdirərkən strateji səhvlərə görə problemlərlə üzləşə bilərlər. Məhsul istehsalının eyni vaxtda artması və maya dəyərinin aşağı salınması şirkətin keyfiyyət itkisinə və əməliyyat uğursuzluğuna səbəb olub.

İsveçli akkumulyator istehsalçısının itkiləri 2022-ci ildən 2023-cü ilə qədər üç dəfə artaraq 1,03 milyard dollara çadıb. Nəticədə şirkət bir neçə zavodunu bağlamağa və işçi qüvvəsinin 20 faizini ixtisar məcbur olub. Bu vəziyyət Northvolt AB-ni həssas vəziyyətdə qoyur və 2023-cü ildə bağlanan Britaniyalı rəqibi Britishvolt-a bənzər iflas riskləri yaradır. Bloomberg hesab edir ki, Avropa İttifaqı Northvolt AB-nin dağılması halında məğlubiyyətini etiraf etməyə və öz bazarına Çin istehsalçılarına çıxışı təmin etməyə məcbur olacaq.

Oktyabrın 4-də Avropa İttifaqı Çin elektrik avtomobillərinin idxalına rüsumları artıraraq, maksimum dərəcəni 35 faiz səviyyəsində müəyyən edib. Çin bu qərarı proteksionizm aktı kimi qiymətləndirib və Avropa məhsullarına qarşı cavab tədbirlərinin tətbiq ediləcəyini açıqlayıb. Həmçinin, Çin Ticarət Nazirliyi oktyabrın 8-də Avropa İttifaqından gələn kənd təsərrüfatı məhsullarına qarşı antidempinq və kompensasiya araşdırması apardığını və böyük mühərrik həcmi olan avtomobillərə idxal rüsumlarının artırılması imkanını nəzərdən keçirdiyini açıqlayıb.

 

Musavat.com

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23
Hamı üçün

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07
Hamı üçün

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.